Xəbər lenti
15-09-2026, 17:52
 

Tərtərin Polis rəisi məktəblilərlə görüşüb Fotolar

Tarix: 05-05-2026 17:08     Baxış: 889

Tərtərdə maarifləndirmə tədbirləri davam etdirilir.

Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qapanlı kənd tam orta məktəbində şagirdlərlə narkomaniyanın fəsadlarından bəhs edən görüş təşkil olunub.

Mubarizciler.az xəbər verir ki  Tədbirdə çıxış edən RPŞ-in rəisi polis polkovnik-leytenantı Rüfət Məmmədov narkomaniya bəlasından geniş bəhs edib, zərərli vərdişlərin insan həyatına vurduğu zərbələri diqqətə çatdırıb.

Bildirilib ki, belə hallardan uzaq durmaq hər bir kəsin öz seçimindən və məsuliyyət hissindən asılıdır.

Görüş zamanı şagirdlərlə gündəlik həyatda qarşılaşa biləcəkləri risklər barədə fikir mübadiləsi aparılıb. Onlara düzgün qərar verməyin əhəmiyyəti, sağlam həyat tərzinin üstünlükləri və mənfi təsirlərə qarşı möhkəm mövqe sərgiləməyin vacibliyi sadə dillə çatdırılıb.Tədbir çərçivəsində internetdə təhlükəsiz davranış məsələlərinə də toxunulub. Polis əməkdaşları kiberdələduzluq halları, tanımadıqları şəxslərlə ünsiyyət zamanı ehtiyatlı olmaq və şəxsi məlumatların qorunması barədə şagirdlərə tövsiyələr veriblər.

Sonda maraq doğuran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar