Xəbər lenti
8-05-2026, 14:49
 

DTX-də Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olunub - Fotolar

Tarix: 09-05-2026 18:26     Baxış: 896

DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olunub.

Mubarizciler.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, müasir dövlətçiliyimizin banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda əziz xatirəsini dərin ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyulub.

DTX-nin akt zalında davam etdirilən mərasimdə Ulu Öndərin və ölkəmizin suverenliyi naminə canından keçmiş şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə məruzə ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev dahi rəhbərin təhlükəsizlik orqanlarındakı 25 illik zəngin fəaliyyət dövrünə nəzər salıb, bu mühüm təsisatın milliləşdirilməsi və azərbaycançılıq ideologiyası ruhunda yenidən qurulmasının məhz uzaqgörən siyasətçi Heydər Əliyevin sarsılmaz iradəsinin nəticəsi olduğunu bildirib.

Ulu Öndərin siyasi xəttini böyük məharətlə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə tarixi nailiyyətlərə imza atdığını vurğulayan Xidmət rəisi dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində təhlükəsizlik orqanlarının keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu açıqlayıb.

General-polkovnik Əli Nağıyev bundan sonra da dövlətçiliyimizin qorunması və milli təhlükəsizliyin təmini istiqamətində üzərlərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcəklərini qeyd edib.

Tədbir xidmətdə fərqləndiklərinə görə yüksək dövlət mükafatlarına layiq görülmüş DTX əməkdaşlarının təltif edilməsi ilə başa çatıb.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar