Xəbər lenti
Bu gün, 14:49
 

YAP Goranboy Rayon Təşkilatı tərəfindən silsilə tədbirlər davam etdirilir Fotolar + Yenilənib

Tarix: 08-05-2026 12:53     Baxış: 700

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy Rayon Təşkilatı tərəfindən silsilə tədbirlər davam etdirilir. 

Mubarizciler.az xəbər verir ki, silsilə tədbirlər çərçivəsində, YAP Goranboy rayon təşkilatı Təhsil Ərazi Partiya Təşkilatının təşkilatçılığı ilə şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyəti və YAP Goranboy rayon təşkilatının əməkdaşları, şəhid ailələri, partiya fəalları və məktəb şagirdləri iştirak etdilər. Əvvəlcə rəsm və kitab sərgisinə baxış keçirilmiş, sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, YAP rayon təşkilatının əməkdaşı Rövşən Qurbanov, şəhid anası Nailə Məmmədova, Təhsil Ərazi Partiya Təşkilatının sədri İlhamə Qasımova və digər natiqlər bildiriblər ki, Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri daim ehtiramla yad edilir, onun müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olundu ki, keçirilən tədbirlərin əsas məqsədi gənc nəslə Ulu Öndərin dövlətçilik ideyalarını aşılamaq, milli-mənəvi dəyərlərin təbliğini gücləndirmək və vətənpərvərlik ruhunu yüksəltməkdir. Tədbirin bədii hissəsində şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar