Xəbər lenti
8-05-2026, 14:49
 

Xocavəndin İcra başçısı Mingəçevir şəhərində məskunlaşan rayon sakinləri ilə görüşüb Fotolar + Yenilənib

Tarix: 09-05-2026 20:46     Baxış: 903

Eyvaz Hüseynovun növbəti səyyar qəbul Mingəçevir şəhərində məskunlaşan rayon sakinləri ilə olmuşdur.

Mubarizciler.az xəbər verir ki, 08 may 2026-cı il tarixində Mingəçevir şəhərində məskunlaşan rayon sakinləri ilə 504 ailəlik hündürmərtəbəli yaşayış massivi, MİS-in inzibati binasında  Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun səyyar görüşü keçirilib.

  Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qəbulda çıxış edərək bildirib ki, Azərbaycanın son illərdə qazandığı tarixi zəfərlər və dövlət başçısı cənab İlham Əliyevin son günlər ərzində keçirdiyi yüksək səviyyəli diplomatik görüşlər ölkəmizin regionda artan nüfuzunun bariz nümunəsidir. Bu strateji təmaslar işğaldan azad edilmiş ərazilərimizin bərpası və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımlardır. Hazırda böyük qürurla icra edilən "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağda müasir infrastruktur qurulur, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışı sürətlə təmin olunur.  Ümumilikdə ötən ilin oktyabrından bu günədək Xocavənd rayonunun 6 yaşayış məntəqəsinə 3040 nəfər - 733 ailə öz doğma yurdlarına qayıdıb. Dövlət tərəfindən hər bir vətəndaşımızın mənzil şəraitinin yaxşılaşdırılması və bu torpaqlarda daimi məskunlaşması üçün bütün inzibati resurslarımızı səfərbər edilmişdir. İnanırıq ki, bu genişmiqyaslı quruculuq işləri azad edilmiş hər bir bölgəmizin çiçəklənməsinə və xalqımızın rifahının daha da yüksəlməsinə xidmət edəcəkdir.  Rayon İcra Hakimiyyətinin  başçısı Eyvaz Hüseynov vətəndaş tərəfindən qaldırılan müraciətlərə qanunamüvafiq qaydada baxılması və araşdırılaraq müvafiq tədbir görülməsi  üçün  aidiyyəti üzrə tapşırığını verdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar