Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Polis Goranboyda "Təhlükəsiz yollar-sağlam gələcək"adlı maarifləndirici tədbir keçirdib Fotolar

Tarix: 06-05-2026 09:47     Baxış: 2 534

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaraçinar kənd Mədəniyyət Evinin və Qaraçinar kənd Kitabxana filialının birgə təşkilatçılığı ilə yol hərəkəti təhlükəsizliyi ilə bağlı "Təhlükəsiz yollar-sağlam gələcək"adlı maarifləndirici tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Qaraçinar kənd Mədəniyyət Evi və kitabxana filialının kollektivi,Qaraçinar kənd İƏDÜ nümayəndə Rəşid Xuduyev,Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin təbliğat-təşviqat üzrə inspektoru polis mayoru Samir Əliyev,Yol Patrul Xidməti inspektoru polis baş serjantı Rauf Şəmsəddinov,məktəblilər və valideynlər iştirak etdilər.

Tədbir zamanı inspektor polis mayoru Samir Əliyevin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.Çıxışda yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi,sürücülərin və piyadaların üzərinə düşən məsuliyyət,həmçinin yol-nəqliyyat hadisələrinin qarşısının alınması yolları ətraflı şəkildə izah olundu.İştirakçıları maraqlandıran sualları ətraflı şəkildə cavablandıran cənab Samir Əliyev bildirdi ki,hər bir vətəndaş qaydalara əməl etməklə həm öz həyatını,həm də başqalarının təhlükəsizliyini qorumuş olur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar