Naftalanda “Ulu Öndərin ömür yolu vətənə və xalqa xidmət nümunəsidir” mövzusunda tədbir keçirilib Fotolar

Naftalan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Ulu Öndərin Ömür Yolu Vətənə və Xalqa Xidmət Nümunəsidir” mövzusunda tədbir keçirilib.
Mubarizciler.az xəbər verir ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhər Ağsaqqallar Şurasının sədri, şəhid ailələrinin üzvləri, qazilər, ərazi partiya təşkilatlarının rəhbərləri, partiya veteranları və fəallar, digər məsul əməkdaşlar iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək xatirəsi böyük ehtiramla anılıb. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmin nümayişi ilə tədbir davam etdirilib.
Arzu Məmmədov çıxış edərək qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin siyasi irsi, əslində dövlətçilik tarixidir, çünki o, bir-birindən kəskin fərqlənən iki ayrı dövrdə - həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini – iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub.
Rövlan Heydərov çıxış edərək bildirdi ki, müasir Azərbaycan dövlətinin banisi, Heydər Əliyev fenomenal şəxsiyyət kimi dövlətçiliyimizin dirçəlməsində, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər göstərmişdir.
Digər natiqlər çıxış edərək Ulu Öndərin dövlətçilik və idarəçilik prinsiplərinin mükəmməlliyini, dünya liderləri arasında nə qədər böyük nüfuz sahibi olmasını tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Qeyd ediblər ki, Ulu Öndərin azərbaycanlı olması ilə fəxr etməsi və bunu dəfələrlə dilə gətirməsi hər bir vətəndaş üçün nümunə idi. Əbədiyaşar Lider Heydər Əliyev və Onun azərbaycançılıq ideologiyası daim qəlblərdə yaşayacaqdır.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının və Naftalan şəhərinin ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə bir qrup partiya üzvünə Fəxri Fərman və hədiyələr təqdim olunub.

Xəbəri paylaş







































0772703001 