Xəbər lenti
25-07-2026, 19:27
 

Goranboyda qanunsuz tikilinin qarşısı alınıb Fotolar + Yenilənib

Tarix: 06-05-2026 12:53     Baxış: 1 547

Goranboy rayonu  ərazisində qanunsuz tikintilərlə bağlı qanunamüvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayonununda heç bir hüquqmüəyyənedici sənəd olmadan və mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq razılıq alınmadan qanunsuz tikinti işlərinin aparılması faktı müəyyən olunmuşdur.

 Goranboy rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayon Mərkəzi xəstəxanasının qarşısında qanunsuz yerləşdirilmiş köşk ərazidən götürülmüşdür. Sözügedən ərazidə aparılan işlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla həyata keçirilib. Goranboy rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz  tikili götürülmüş, vətəndaş barəsində rayon Polis Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbehvermə haqqında qərar qəbul edilməsi üçün rayon Məhkəməsinə göndərilmişdir. Goranboy rayon İcra Hakimiyyəti rayon Polis Şöbəsi ilə birgə, rayon ərazisində heç bir hüquqmüəyyənedici sənəd olmadan və mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq razılıq alınmadan aparılacaq qanunsuz tikinti işlərinin qarşısının alınması istiqamətində qanunamüvafiq tədbirlərin görülməsini davam etdirəcəkdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar