Xəbər lenti
Dünən, 14:49
 

Şəmkirdə silsiləli tədbirlər davam etdirilir Fotolar + Yenilənib

Tarix: 08-05-2026 23:41     Baxış: 616

Şəmkir şəhəri Əhməd Cavad adına tam orta məktəbdə keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov, müəllimlər, şagirdlər və digər rəsmi qonaqlar iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Tədbirdə çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və təhsilin inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Liderin müəyyənləşdirdiyi strateji inkişaf xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Çıxış edənlər vurğulayıb ki, Ümummilli Liderin ideyalarının gənc nəslə aşılanması, milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində keçirilən bu kimi tədbirlər xüsusi əhəmiyyət daşıyır. Tədbir çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsi, Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri, eləcə də təhsil və gənclər siyasətinin formalaşdırılması istiqamətində gördüyü mühüm işlərdən geniş bəhs olunub. Tədbirin bədii hissəsində rayonun ümumtəhsil müəssisələrinin şagirdləri tərəfindən Ümummilli Liderə həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri və səhnəciklər təqdim olunub. Şagirdlərin çıxışları iştirakçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb. Tədbirin sonunda müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə etmiş şagirdlərin və onların müəllimlərinin təltifetmə mərasimi keçirilib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və AFFA tərəfindən 2025–2026-cı tədris ili ərzində təşkil olunmuş “Məktəbli Kuboku” layihəsində region çempionu olan Şəmkir şəhəri Məhəmməd Füzuli adına məktəb-liseyin futbol komandası, həmçinin “Sərhəd” hərbi-idman oyununun respublika mərhələsində bürünc medala layiq görülmüş Dəllər-Cırdaxan kənd tam orta məktəbinin “Mübarizlər” komandası diplom, fəxri fərman və hədiyyələrlə təltif olunub.Eyni zamanda, Heydər Əliyevin zəngin və mənalı həyat yoluna həsr olunmuş rəsm müsabiqəsinin qaliblərinə fəxri fərman, təşəkkürnamə və qiymətli hədiyyələr təqdim edilib.Bəxtiyar Hüseynov

Tarixin səhifələri qəzetinin bölgə müxbiri.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar