Xəbər lenti
25-07-2026, 19:27
 

Eyvaz Hüseynov 500 ailəlik Xocavənd qəsəbəsində olub Fotolar

Tarix: 07-05-2026 12:57     Baxış: 1 337

06 may 2026-cı il tarixində 500 ailəlik Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun səyyar görüşü keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qəbulda çıxış edərək bildirib ki, Azərbaycanın son illərdə qazandığı tarixi zəfərlər və dövlət başçısı cənab İlham Əliyevin son günlər ərzində keçirdiyi yüksək səviyyəli diplomatik görüşlər ölkəmizin regionda artan nüfuzunun bariz nümunəsidir. Bu strateji təmaslar işğaldan azad edilmiş ərazilərimizin bərpası və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımlardır. Hazırda böyük qürurla icra edilən "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağda müasir infrastruktur qurulur, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışı sürətlə təmin olunur.  Dövlətimizin qətiyyətli siyasəti nəticəsində yenidən qurulan kənd və şəhərlərimiz bu gün ölkəmizin iqtisadi dirçəlişinin mərkəzinə çevrilmişdir. Biz hər bir vətəndaşımızın mənzil şəraitinin yaxşılaşdırılması və bu torpaqlarda daimi məskunlaşması üçün bütün inzibati resurslarımızı səfərbər etmişik. İnanırıq ki, bu genişmiqyaslı quruculuq işləri azad edilmiş hər bir bölgəmizin çiçəklənməsinə və xalqımızın rifahının daha da yüksəlməsinə xidmət edəcəkdir. Fevral ayının 25-də və mart ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocavənd rayonuna səfəri bizlərə olan diqqət və qayğının bariz nümunəsidir. Sonda qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verdilmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar