Goranboy RİH-də Seymur Nazarovun rəhbərliyi ilə Aparat iclası keçirilib Foto

Goranboy rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Seymur Nazarovun rəhbərliyi ilə Aparat iclası keçirilib.
Mubarizciler.az xəbər verir ki, mövcud qanunvericiliyin tələblərinə uyğun vətəndaş müraciətlərinə baxılmasının, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, Səyyar qəbullarda edilən müraciətlərin təhlili və yerində araşdırılması, DNİS üzrə tapşırıqların icra vəziyyəti, əsas turizm marşurutları üzrə yolkənarı ərazilərdə abadlıq işlərinin və yeni salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluq işlərinin təşkili, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Baku–Khankendi Azerbaijan Cycling Race” beynəlxalq velosiped yarışının Goranboy rayonundan keçəcək marşurutu üzrə hazırlıq işləri, "Şəhərsalma və Memarlıq İli" və "Goranboy 2026-Gənclər Paytaxtı" ilə bağlı tədbirlərin davam etdirilməsi və bu istiqamətlərdə verilmiş tapşırıqların icra vəziyyəti barədə Aparat iclası keçirildi.

Xəbəri paylaş







































0772703001 