Xəbər lenti
15-09-2026, 17:52
 

Gəncədə 5 nömrəli körpələr evi–uşaq bağçasının açılışı olub - Fotolar

Tarix: 09-05-2026 21:38     Baxış: 1 449

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 nömrəli körpələr evi–uşaq bağçasının açılış tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, Açılış tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, həmçinin GDRTI-nin məsul əməkdaşları iştirak ediblər.

Məktəbəqədər təhsil müəssisəsinin rəhbərliyi tərəfindən bildirilib ki, nüəssisənin ümumi sahəsi 3313,75 kvadratmetr təşkil edir. Ərazidə uşaqların asudə vaxtlarının səmərəli təşkili, fiziki inkişafı və istirahəti üçün xüsusi oyun meydançaları və istirahət guşələri salınıb. Müasir standartlara cavab verən bağça 5 qrup üzrə fəaliyyət göstərəcək və burada ümumilikdə 90 uşağın təlim-tərbiyəsi nəzərdə tutulub. Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisəsində uşaqların təhlükəsiz, sağlam və rahat mühitdə inkişaf etmələri üçün bütün zəruri şərait yaradılıb, otaqlar və tədris avadanlıqları müasir tələblərə uyğun qurulub. Sonda tədbir iştirakçıları müəssisədə yaradılan şəraitlə yaxından tanış olub, balacaların hazırladıqları bədii proqram və kompozisiyaları izləyiblər.

 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar