Xəbər lenti
25-07-2026, 19:27
 

Eyvaz Hüseynov Nərimanov rayonunda məskunlaşan xocavəndli sakinlərlə növbəti səyyar qəbul keçirdib Fotolar + Yenilənib

Tarix: 04-05-2026 23:19     Baxış: 1 057

01 may 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Nərimanov rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.

Mubarizciler.az xəbər verir ki  Qəbulda rayon sakinləri, İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər.

 Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qəbulda çıxış edərək bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını cənab Prezident İlham Əliyev müasir tarixi şəraitə uyğun uğurla davam etdirərək respublikamızın böyük uğurlara imza atmasına nail olmuşdur.

Qeyd edilmişdir ki, Qarabağda həyata keçirilən "Böyük Qayıdış" proqramı  uğurlu icra olunur. 2026-cı ilin ilk rübü ərzində cənab Prezident Xocavənd rayonuna iki dəfə səfər etmiş, vətəndaşların problemləri ilə maraqlanmış onlara yeni evlərin açarlarını təqdim etmişdir. Fevral ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar. Mart ayının 18-də Xocavənd rayonun Xanoba kəndinə ilk sakinləri köçürüldü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Ümumilikdə 2025-ci ilin oktyabrı ayından bu günədək Xocavənd rayonunun 6 yaşayış məntəqəsinə 3040 nəfər - 733 ailə öz doğma yurd yuvalarına qayıdıb. 

Sonda qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verdilmişdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar