Xəbər lenti
25-07-2026, 19:27
 

Naftalanda “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib - Fotolar

Tarix: 09-05-2026 14:44     Baxış: 1 008

Naftalan Şəhər İcra Hakimyyətinin təşkilatçılığı ilə dahi şəxsiyyət, xalqımızın inkişaf tarixində, tərəqqisində misilsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.

 Mubarizciler.az xəbər verir ki, tədbirdə Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyəti iştirak edib.

İlk öncə tədbir iştirakçıları, Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.

Heydər Əliyevin adını daşıyan mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əsk etdirən foto stendlərə baxış keçirilib. Tədbirdə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin xatirəsi biri dəqiqəlik sükutla yad edilib. Sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

“Ulu Öndərin ömür yolu” mövzusunda çıxış edən, Arzu Məmmədov qeyd edib ki, Heydər Əliyev ölkəmizin bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır.

“Dövlətçiliyin xilaskarı, xalqın sevimlisi-Ulu Öndər Heydər Əliyev”, “Heydər Əliyev və qadın siyasəti: Bərabərlik və inkişaf” mövzusunda çıxış edən natiqlər vurğulayıblar ki, nə qədər Azərbaycan dövləti var, xalqımız Ulu Öndər Heydər Əliyevin vətəni, xalqı qarşısında müstəsna xidmətlərini unutmayacaq, onu gələcək nəsillərə ərməğan edəcək.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar