Xəbər lenti
25-07-2026, 19:27
 

Tərtərin İcra başçısı vətəndaş müraciətlərini dinləyib Fotolar

Tarix: 05-05-2026 18:00     Baxış: 1 673

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşların qəbulunu keçirib. Qəbul zamanı şəhid ailələri və qazilər növbədənkənar qaydada qəbul edilib, onların müraciətlərinə xüsusi həssaslıq göstərilib.

Mubarizciler.az xəbər verir ki, vətəndaşlar əsasən maddi yardımın göstərilməsi, işlə təmin olunma, həyətyanı və sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması, icarə müddəti bitmiş torpaq sahəsinin icarə müqaviləsinin uzadılması, torpaq mübahisəsi, işğaldan azad olunmuş ərazilərdə mənzillə təmin olunma, evinin təmir olunması, yolun təmir olunması, işıq naqillərinin təmiri və digər məsələlərlə bağlı müraciətlər ediblər. İcra başçısı tərəfindən vətəndaşların müraciətləri diqqətlə dinlənilib, səlahiyyət çərçivəsində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, digər müraciətlərlə bağlı isə müvafiq izahatlar təqdim olunub. Qəbulun sonunda vətəndaş məmnunluğu təmin edilib.

Rayon sakinləri ölkədə həyata keçirilən islahatlara, əhalinin sosial rifahının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar