Xəbər lenti
Bu gün, 14:49
 

Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi - DTX araşdıracaq

Tarix: 08-05-2026 19:47     Baxış: 707

Azərbaycan Prezidenti tərəfindən Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun təsdiq edilib.

Mubarizciler.az xəbər verir ki, dəyişikliklərə görə, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunub.

Həmin maddə terror təşkilatı yaratmağa və ya ona rəhbərlik etməyə görə ayrıca cinayət məsuliyyəti müəyyən edir.

Bununla yanaşı, Cinayət Məcəlləsinin 282-ci (Təxribat) maddəsinin yeni redaksiyası müəyyən edilmişdir. Belə ki, artıq süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə etməklə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulmasına yönəlmiş əməllər də xüsusilə ağır cinayət olaraq təxribat cinayətləri hesab olunacaq.

Eləcə də, Azərbaycanın müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə müxtəlif üsullarla törədilmiş digər əməllər də təxribat hesab olunacaqdır.

Prezidentin 08.05.2026-cı il tarixli Fərmanı ilə sadalanan cinayətlərə görə ibtidai araşdırma aparmaq səlahiyyətinin Dövlət Təhlükəsizliyi Xidmətinə aid olduğu müəyyən edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar