Heydər Əliyevə həsr olunmuş “ Xalqa bağışlanmış ömür" adlı dəyirmi masa keçirilmişdir - FOTO
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Balakürd kənd Mədəniyyət Evində ulu öndər Heydər Əliyevə həsr olunmuş “ Xalqa bağışlanmış ömür" adlı dəyirmi masa keçirilmişdir.
Keçirilən tədbirdə Mədəniyyət işçiləri və Kitabxana filialının nümayəndələri, Balakürd Kənd İcra Nümayəndəliyi, Tibb Məntəqəsinin əməkdaşları və sakinlər ştirak ediblər.
Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan Balakürd kənd Mədəniyyət Evinin metodisti Elçin Tağıyev bildirib ki, artıq ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilinin astanasındayıq.
Qarşıdakı dövrdə Azərbaycanın şəhər və rayonlarında, idarə, müəssisə və təşkilatlarda, o cümlədən Mədəniyyət Evlərində əlamətdar yubiley münasibətilə xüsusi fəaliyyət planı hazırlanacaq və il ərzində çoxsaylı tədbirlər keçiriləcəkdir.
Heydər Əliyevin dünyanın nadir dühalarından biri olduğunu qeyd edən rektor vurğulayıb ki, o, xalqımızın çoxəsrlik tarixində yetişdirdiyi ən görkəmli dövlət xadimləri sırasında uca yer tutur. Heç şübhəsiz, XX əsrin sonu-XXI əsrin əvvəllərində Azərbaycana Heydər Əliyev kimi təcrübəli bir şəxsin rəhbərlik etməsi xalqımızı böyük bəlalardan qurtardı.
Məhz Heydər Əliyev faktoru 1993-cü ildə ölkəmizi tam işğal olunmaq, bir neçə hissəyə parçalanmaq, yenicə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.
Azərbaycan demokratik və hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu yoluna qədəm qoydu, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi.
Tədbirdə Balakürd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Şaiq Qədimov çıxış edərək bildirmişdir. Heydər Əliyevin 10 il ərzində formalaşdırdığı möhkəm bünövrə əsasında cənab Prezident İlham Əliyevin addımbaaddım həyata keçirdiyi ardıcıl, məqsədyönlü, zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş siyasət sayəsində 2020-ci ilin cəmi 44 günü ərzində düşmən ordusu darmadağın edildi, təcavüzkar Ermənistan biabırçı təslim aktını imzalamağa məcbur oldu.
Təxminən il yarımdır ki, dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi və nəzarəti altında düşmən tapdağından azad olunmuş torpaqlarımızda genişmiqyaslı tikinti-quruculuq və bərpa-abadlıq işləri aparılır, Qarabağa böyük qayıdışın tezləşməsi üçün zəruri addımlar atılır.
“Bu gün ulu öndərin ən böyük arzusu reallığa çevrilib: müstəqil Azərbaycan Respublikası postsovet məkanında öz ərazi bütövlüyünü silah gücünə, ildırımsürətli müharibə yolu ilə bərpa edə bilmiş ilk və yeganə ölkə olub. Bugünkü Azərbaycan məhz Heydər Əliyevin görmək istədiyi müasir, müstəqil və qüdrətli Azərbaycandır” deyə Ş. Qədimov bildirmişdir.
Sonra çıxış edən natiqlər Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti haqqında geniş məruzə edib və dahi şəxsiyyətin gənclərlə bağlı uzaqgörən siyasətindən söz açıb.
Mubarizciler.az
Xəbəri paylaş