Xəbər lenti
15-09-2026, 17:52
 

Daşkəsən rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib - FOTO 0

Tarix: 27-10-2023 16:59     Baxış: 7 854

Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Quşçu tam orta məktəbində “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon polis şöbəsinin əməkdaşları ilə yanaşı, məktəbin pedaqoji heyəti və şagirdləri iştirak ediblər.

Mubarizciler az-ın məlumatına görə, Şöbə rəisi, polis polkovniki Seymur Əfəndiyev bildirib ki, ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. 

Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Bu cür görüşlərin keçirilməsində əsas məqsəd məhz yeniyetmə və gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırmaq, onları belə mənfi əməllərdən çəkindirməkdən ibarətdir. Çünki narkotik vasitələrdən istifadə edərək özünü fiziki və psixoloji cəhətdən məhvə aparan insan nə yaxınları, nə də cəmiyyət üçün layiqli vətəndaş ola bilməz.

Görüşün sonunda narkotiklərin zərərli təsirinə dair videoçarx izlənilib.







Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar