Xəbər lenti
18-11-2024, 12:06
 

Ulu öndərimizin Azərbaycan gəncliyinə verdiyi dəyər

Tarix: 30-01-2023 22:10     Baxış: 1 639

Ulu öndərimizin Azərbaycan gəncliyinə verdiyi dəyər



Müstəqil Azərbaycanın başlıca siyasəti olan gənclər siyasəti Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin 1997 -ci il fevralın 2-də imzaladığı sərəncama əsasən ölkəmizdə fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi təsis edildi. Bu günün təsis edilməsi Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi dəyərin və etimadın təzahürü idi. Bir dövlətin bilikli, savadlı və istedadlı gənclərinin olması o dövlətin möhkəm sütunlar üzərində dayanması deməkdir. Çətin sınaqlardan çıxaraq yeni müstəqillik qazanan bir dövlətin isə belə gənclərə daha çox ehtiyacı var idi. Azərbaycan gəncliyinin qarşısında isə mühüm hədəflər və məqsədlər dururdu. 

Heydər Əliyevin rəhbərliyi altında uğurla icra olunan gənclər siyasəti nəticəsində, gənclərin bütün

sahələrdə inkişafı üçün yeni imkanlar və şəraitlər yaradılır, onların problemlərinin həlli istiqamətində

mühüm addımlar atılırdı. Azərbaycan gəncləri dövlətin dəstəyi ilə xarici ölkələrin ən nüfuzlu universitetlərində təhsil alır, ölkənin mühüm sahələrində aparıcı mövqedə fəaliyyət göstərirdilər. Həmçinin ölkəmiz öz gəncləri ilə beynəlxalq arenalarda uğurla təmsil olunur, haqq səsi dünyaya çatdırılırdı. Artıq ölkəmizdə Heydər Əliyevin qayğısı, əməyi, sevgisi ilə formalaşan onun görmək istədiyi bir gənclik yaranırdı.

Bu gün gənclər siyasəti İlham Əliyevin başçılığı altında yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Ölkəmizin bütün sahələrində üstünlük təşkil etdiyi gənclər hər bir məqamda, hər bir anda öz prezidentinin dəstəyini duyurlar. Ölkəmizə idman, tibb, təhsil, elm və s. sahələrdə uğurlar qazandıran gənclərimiz istər ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda üzərlərinə düşən bütün öhdəlikləri uğurla yerinə yetirirlər. Bu gün Azərbaycan bayrağı öz gənclərinin sayəsində

zirvələrdə dalğalanır, dünya əhəmiyyətli tədbirlərə başçılıq edir. Bütün bunlar uğurla icra olunan

gənclər siyasətinin göstəricisidir. Bütöv Azərbaycan idealogiyasi altında öz prezidentinin ətrafında sıx

birləşən, həm siyasi mübarizədən, həm də erməni və onun havadarları ilə olan haqq mübarizəsindən

öz gücü ilə vuruşaraq qalib çıxan gənclərə sahibdir Azərbaycan. Artıq heç bir maneə Azərbaycan

gəncliyi qarşısında aşılmaz deyildir. Əsrin zəfərini yaşayan Azərbaycan bu zəfəri ona yaşadan

gəncləri ilə fəxr edir!

Mubarizciler.az




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar