Xəbər lenti
18-11-2024, 12:06
 

Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib

Tarix: 30-01-2023 18:48     Baxış: 1 040

Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib


Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev respublikanın siyasi hakimiyyətində olduğu bütün dövrlərdə yetişməkdə olan gənc nəslə diqqət və qayğının göstərilməsini hər zaman dövlət siyasətinin vacib istiqamətlərindən biri olaraq müəyyənləşdirib. Hələ sovet dönəmində Ulu Öndərimiz Azərbaycan gəncliyinin geniş dünya görüşünə malik, savadlı vətəndaşlar olaraq yetişmələri üçün bütün lazımi addımları atırdı. 1970-1980-ci illərdə Ümummilli Lider Azərbaycan gənclərinin keçmiş Sovetlər birliyinin ən qabaqcıl ali təhsil müəssisələrində xumaları üçün böyük səylər göstərirdi. Bu siyasət Ulu Öndərimizin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra daha böyük uğurla davam və inkişaf etdirildi. Təsadüfi deyil ki, artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşməsi, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin gənclərin təhsilinə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, 1993-cü ildən sonra ölkəmizdə Gənclər siyasətinin institutlaşdırılması istiqamətində mühüm addımlar atılmışıdır. Bu məqsədlə görülən tədbirlərdən ən əhəmiyyətlilərindən biri kimi Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılması göstərilməlidir. Heç şübhəsiz bu qərar müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən bir addım idi. Həmçinin Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. O cümlədən Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra, 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyaraq belə demişdir: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” Bu tarixi hadisədən bir il sonra, 1997-ci ilin fevral ayının 2-də Ulu Öndər tərəfindən imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilir. 1996-cı il 22 iyun tarixində Ümummilli Lider tərəfindən imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Tam əminliklə və böyük qürur hissi ilə deyə bilərik ki, bu gün də Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri kimi, Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi dövlətin xüsusi diqqət mərkəzindədir. 2003-cü ildən respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində Heydər Əliyev strateji kursunu uğurla davam etdirən Ölkə Prezidenti cənab İlham Əliyevin bu gün inamla həyata keçirdiyi uğurlu dövlət siyasəti Azərbaycan gənclərinin hərtərəfli inkişafı üçün möhkəm zəmin yaradıb. Möhtərəm dövlət başçımızın gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri bu siyasətin müdrik uzaqgörənliklə gələcəyə dəqiq hesablandığını sübut edir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

Xüsusilə qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin imzaladığı 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi də bu qayğının növbəti bariz təzahürü oldu. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Yenə də gənclərimizin hərtərəfli inkişafının və onların karyera yüksəlişlərinin təmin olunması məqsədilə 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) fəaliyyətə başlayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Bu gün artıq respublikanın 55 şəhər və rayonunda Mərkəzin nümayəndəlikləri uğurla fəaliyyət göstərirlər.

Heç şübhəsiz 2020-ci ildə tarixi missiyanı həyata keçirən qəhrəman Azərbaycan gəncləri tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərərək öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Bu gün Azərbaycan qalib dövlət olaraq öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə sayəsində özünün ərazi bütövlüyünü bərpa edib, 30 ilə yaxın işğal altında olan torpaqlarını geri qaytarıb. Bu böyük Zəfərin əldə olunmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynadı. Tarixi Qələbəmizdə Azərbaycan gəncliyinin rolunu yüksək dəyərləndirən və xüsusi qeyd edən dövlət başçımız bununla bağlı deyib: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Əlbəttə ki, dövlət başçısının bu sözləri Azərbaycan gəncliyinin rəşadətinə və vətənpərvərliyinə verilən ən yüksək dəyərdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar