Xəbər lenti
14-09-2024, 21:36
 

Xəyal Məmmədov: Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu 0

Tarix: 01-09-2023 00:34     Baxış: 3 010


Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. 

Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi  əhəmiyyətə malikdir.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə  Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

  Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistana masa arxasında oturmağa məcbur etdi. Nəhayət Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyənat imzaladılar. Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu. Əminliklə deyə bilərik ki, imzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunur, eləcə də BMT Təhlükəsizlik Şurasının  4 qətnaməsi reallaşmış olur. Ekspertlərin də fikirlərinə görə,  Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Razılaşmanın şərtlərinə əsasən, Ermənistan Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracağını öhdəsinə götürür. İşğal olunmuş ərazilərdən Ermənistanın qoşunlarının çıxarılması ilə paralel olaraq əraziyə Rusiya sülhməramlıları yerləşdirilir. Sülhməramlı qüvvələr 5 il müddətində, özü də məhdud kontingentlə əraziyə daxil olur. Bu isə o deməkdir ki, Ermənistan işğal altında olan ərazilərimizi qeyd-şərtsiz, qan tökmədən, tələfat olmadan boşaldır. Bununla da indiyə qədər üzərində manipuliyasiya aparılan "qoşunların təmas xətti" anlayışı aradan qaldırılmış olur. Onu da qeyd etmək lazımdır ki, qardaş Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılmış birgə monitorinq missiyasında da fəal yer alacaqdır.  İmzalanmış bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması böyük əhəmiyyət daşıyır. Məhz bu günlərdə Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu videokonfrans formatında memorandum imzalayıblar. Atəşkəsə birgə nəzarət mərkəzi tərəflərin atəşkəsə əməl etməsi və əldə olunmuş razılaşmaları pozan digər hərəkətlər barədə məlumat toplayacaq və yoxlayacaq. Mərkəz, həmçinin vizual müşahidə, pilotsuz uçuş aparatları vasitəsilə pozuntuları qeydə almalıdır və digər mənbələrdən alınan məlumatları qiymətləndirməlidir. Mərkəz əldə edilmiş razılaşmaların pozulması ilə bağlı şikayət, sual və ya problemlə məşğul olan orqana çevriləcək. Bu Mərkəzdə sülhün qarantı kimi Türkiyə və Rusiya hərbçiləri birgə fəaliyyət göstərəcəklər. Azərbaycanın ciddi təkidi ilə bəyanata salınan müddəa imkan verəcək ki,  Naxçıvan uzun illərdən bəri düşdüyü blokadadan azad olunsun. Belə ki, sənədə görə, Rusiya tərəfi Ermənistan ərazisi ilə Naxçıvan dəhlizinin yaradılmasını öz üzərinə götürüb. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bununla da 30 ildən sonra Azərbaycanın qərb rayonları ilə Naxçıvanın quru əlaqəsi təmin ediləcək, vətəndaşlarımız tarixi torpaqlarımızdan keçməklə Naxçıvana gedə biləcəklər. Bununla yanaşı, Naxçıvanla əlaqələr daha da genişlənəcək və bunun sosial-iqtisadi əhəmiyyəti daha yüksək olacaq. Onu da qeyd edək ki, sözügedən bəyanatın imzalanmasının tarixi əhəmiyyəti danılmazdır. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Bu müjdə Azərbaycan xalqı tərəfindən böyük coşqu ilə qarşılandı. Eyni zamanda, son illər ərzində ölkəmizdə aparılan inkişaf siyasəti, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi.


Xəyal Məmmədov

Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi

Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar