Eyvaz Hüseynov vətəndaşların müraciətlərini dinləyib - Fotolar
09 yanvar 2025-ci il tarixdə Xocavənd rayon 500 ailəlik məcburi köçkün qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
Mubarizciler.az xəbər verir ki, Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov öz çıxışı zamanı bəzi məqamlara toxunaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci il, yanvarın 7-də yerli telekanallara verdiyi müsahibə kifayət qədər ciddi mesajların qaynağıdır. Hərçənd ölkə başçısının son illər bütün müsahibə və çıxışlarının məzmunu dəyişmir. Sülhə və qarşılıqlı əməkdaşlığa çağırış, dünya nizamının qorunması və prioritetə çevrilməsi amili, Ermənistanın və ona havadarlıq edən ölkələrin işğalçı əməl və niyyətlərinin layiqincə ifşası, Türkiyə-Azərbaycan qardaşlığı, Azərbaycanın iqtisadi artımının dəyərləndirilməsi, COP29-la bağlı ölkəmizin sərgilədiyi uğur hekayəti, Qarabağın bərpası və orada məskunlaşma işlərinin davam tapması, Qərbi Azərbaycana qayıdış amilinin hüquqi baxımdan əsaslandırılması və gündəlikdə saxlanması.
Bu gün Azərbaycanın siyasi həyatında mühüm bir mərhələ başlayıb. Bu, yeni tariximizin Qərbi Azərbaycan mərhələsidir. İlham Əliyev yeni tariximizin Qərbi Azərbaycan mərhələsini də uğurla sonlandıracağına ümidlidir. Biz isə əminik! Bu əminliyi bizdə yaradan “Qarabağ Azərbaycandır” həqiqətini bütün dünyaya bəyan etməyi bacaran, Qarabağ adlı əsərin yarımçıq qalmış səhifələrini uğurla tamamlayan ölkə başçısının vüqarıdır!
Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Xəbəri paylaş