Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

TƏBİB və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında görüş keçirilib - Fotolar

Tarix: 10-01-2025 16:12     Baxış: 1 498

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun rəhbərliyi ilə keçirilən görüşdə iki qurum arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Mubarizciler.az xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidməti məlumat yayıb.

Görüşdə V.Qurbanov qarşılıqlı əməkdaşlıq çərçivəsində tibbi turizmin inkişafının, sanatoriyalarda reabilitasiya xidmətləri sferasının genişləndirilməsinin önəmini diqqətə çatdırıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov bildirib ki, sanatoriya, kurort müəssisələri artıq qış aylarında da fəaliyyət göstərir və mövsüm ərzində ittifaq üzvlərinə yollayışlar güzəştli şərtlərlə təklif olunur.

Həmçinin qeyd edilib ki, şəffaflığın, əlçatanlığın və rahatlığın təmin edilməsi məqsədilə AHİK-nin nəzdində “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, yollayışların verilməsi prosesi mərkəzləşdirilib və sadələşdirilib. 

Bununla yanaşı, sosial layihələrin icrası, sanatoriyalarda tibbi reabilitasiya xidmətlərinin göstərilməsi, birgə təlim və maarifləndirmə tədbirlərinin təşkili, sağlamlığın təşviqi istiqamətlərində TƏBİB və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə, həmçinin ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şərait, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar