Adil Əliyev növbəti dəfə səyyar qəbul keçirib - Fotolar
Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirilib.
Yanvarın 7-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 275 saylı tam orta məktəbdə Yeni Günəşli yaşayış sahəsinin sakinləri ilə görüşüb. Görüşdə Milli Məclisin deputatı Qaya Məmmədov da iştirak edib.
Mubarizciler.az ın məlumatına görə, Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev qəsəbə sakinlərini salamlayaraq, yeni 2025-ci ilin gəlişi münasibətilə hər kəsi təbrik edib, ölkə başçımızın rəhbərliyi ilə vətənimizin bundan sonra da tərəqqisi və vüsətli inkişafı naminə uğurlar arzulayıb. A.Əliyev qeyd edib ki, Prezident cənab İlham Əliyevin misilsiz xidmətləri Azərbaycanın siyasi və iqtisadi inkişafda mühüm uğurlar qazanaraq daim irəliləməsinə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə nümunədir.
Həmçinin, Milli Məclisin deputatı Qaya Məmmədov da çıxış edərək bildirib ki, sakinləri narahat edən problemlərin həlli ilə bağlı məsələlər müntəzəm olaraq Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılır və bundan sonra da bu istiqamətdə lazımi tədbirlər həyata keçiriləcək.
Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onların həlli istiqamətində RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Xəbəri paylaş