Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanıldı FOTO

Tarix: 13-01-2025 19:40     Baxış: 1 358

Şəhidlər xiyabanında  20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, həmin ərazi daima Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, ağacların budaqları, bəzi kollar budanıb,  qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır. 

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

(Qafqazinfo)
















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar