Xəbər lenti

Məhərrəm Quliyev Goranboy şəhər sakinlərinin müraciətlərin dinlədi - Fotolar

Tarix: 14-01-2025 17:34     Baxış: 252

2025-ci ilin ilk səyyar qəbulu Goranboy şəhərində keçirildi.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı, müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar-əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir. 

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev,  rayonun hüquq mühafizə orqanlarının və  xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Goranboy şəhərində səyyar qəbul keçirdi. 

Goranboy rayonu Olimpiya İdman Kompleksinin akt zalında keçirilən qəbulda şəhər sakinlərini dinləyən icra başçısı mövcud problemlərin  həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirdi. 

Tədbirin sonunda, Gənclər və İdman Nazirliyi tərəfindən 09 yanvar 2025-ci il tarixdə "Buta Palace" da keçirilən, 2024-cü ilin idman yekunlarına həsr olunmuş tədbirdə, "İlin ən yaxşı idman kompleksi" nominasiyası üzrə 2-ci yerə layiq görülmüş Goranboy rayon Olimpiya İdman Kompleksinin rəhbərliyinə Goranboy rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı təqim edildi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar