Xəbər lenti

Babası ilə dialoqu maraqla qarşılandı - VİDEO

Tarix: 09-12-2024 12:00     Baxış: 2 387

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepə səfəri çərçivəsində “Gənclərlə görüş” adlı tədbirdə iştirak edib.

Mubarizciler.az Türkiyə mediasına istinadən xəbər verir ki, tədbir zamanı Ərdoğan gənclərin suallarını cavablandırıb.

Türkiyə liderinə sual ünvanlamaq istəyənlər arasında Ərdoğanın nəvəsi Ali Tahir Ərdoğan da olub və bu zaman tərəflər arasında maraqlı dialoq yaşanıb.

Belə ki, mikrofonu götürən gənc “Adım Ali Tahirdir. Cənab Prezidentimiz, əslində mənim sualım yoxdur. 11 yaşlı bir gənc olaraq bu imkanı bizə verdiyiniz üçün sizə çox təşəkkür edirəm”, - deyib. 

Bunun ardınca Ərdoğan ondan özünü təqdim etməsini istəyib. O isə gülərək adının Ali Tahir Ərdoğan olduğunu bildirib.

Sözünə davam edən Türkiyə lideri həmin gəncin nəvəsi olduğunu diqqətə çatdırıb. 

Qeyd edək ki, Ali Tahir Bilal Ərdoğanın oğludur.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar