Xəbər lenti

Elçin Kərimov “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb - Fotolar

Tarix: 07-01-2025 20:40     Baxış: 966

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb. 

Mubarizciler.az xəbər verir ki, Görüşdə təcrübə proqramının iştirakçıları proqram müddətində əldə etdikləri təcrübələrdən bəhs edib, yaradılan şəraitə görə idarə müdirinə öz təşəkkürlərini bildiriblər. 

İdarə müdiri Elçin Kərimov təcrübə proqramının vacibliyindən bəhs edərək,  bu kimi proqramların gənclərlə ünsiyyət, onların dövlət qurumlarının fəaliyyəti barədə məlumatlandırılması baxımından faydalılığını bildirib.

Qeyd edək ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar