Azər Qocayev Şəhid Daşqın Şəfiyevin ailəsini ziyarət edib - Fotolar
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi şəhidi Daşqın Şəfiyevin ailəsini ziyarət edib.
Mubarizciler.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər Rayon Prokuroru Vüqar Əhmədli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsinin rəisi polkovnik Zöhrab Camalov, Kəlbəcər rayon Polis Şöbəsinin şəxsi heyyət üzrə köməkçisi, polis mayoru Əyyub Hüseynov, RİH-in məsul əməkdaşları və şəhidin doğmalarının iştirakı ilə şəhid Şəfiyev Daşqın Hidayət oğlunun məzarı ziyarət olunub. Şəhidin məzarı üstünə gül dəstələri qoyularaq, ruhuna dualar oxunub.Daha sonra rayon rəhbəri şəhidin ailəsini ziyarət edib.Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsində və antiterror əməliyyatlarında şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıqlardan. dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açıb.Şəhidlərimizin əziz xatirəsini dövlətimiz və xalqımız tərəfindən daima yaşadılacağını vurğulayıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Daşqın Şəfiyev 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarına könüllü olaraq qatılıb. 05 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 06 noyabr 2020-ci il tarixdə Samux rayon Seyidlər kəndində dəfn edilib. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və "Qubadlının azad olunmasına görə" medalları ilə, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” Ordeni təltif edilmişdir.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Xəbəri paylaş