Xəbər lenti
11-02-2025, 14:06
 

Goranboyda "Fənn aylıqları"nın keçirilməsi barədə məlumatlandırıcı görüşlər keçirilib - Fotolar

Tarix: 14-01-2025 22:28     Baxış: 609

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorlarının iştirakı ilə "Fənn aylıqları"nın keçirilməsi  barədə məlumatlandırıcı görüşlər keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Görüşlərdə ümumi təhsil müəssisələrində Fənn aylıqlarının keçirilməsi ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədbirlər Planı, təhsil müəssisələrində keçiriləcək Fənn aylıqlarının Əsasnaməsi geniş formada müzakirə edilib. 

Qeyd edək ki, "Fənn aylıqları"nın keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, şagirdlərin təlimə marağının artırılması, müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmaların təmin olunması, fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafina daha geniş şəraitin yaradılması, müəllim və şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, fənn müəllimlərinin və şagirdlərin tədris prossesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, qabaqcıl təcrübənin öyrənilməsi, təlim prosesinə müəllimlərin və məktəb rəhbərlərinin məsuliyyətinin artırılmasından ibarətdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar