Regional Təhsil İdarəsində Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib FOTO
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti müsahibə mərhələsi keçirilib.
Mubarizciler.az xəbər verir ki, Gəncə-Daşkəsən RTİ-nin inzibati binasında keçirilən müsahibəyə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, topladığı bala görə müraciət edənlər arasında ən yüksək bal toplamış namizədlər dəvət olunub.
Müsahibə mərhələsində namizədlərin peşə keyfiyyətləri (məktəbəqədər təhsillə bağlı qanunvericilik, məşğələnin təşkili metodikası, nağıletmə və şeir söyləmə bacarığı və ümumi dünyagörüşü) və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılıb.
Müsahibəyə vakant yer üzrə 7 namizəd dəvət olunub.
Müsahibənin nəticəsi ilə bağlı namizədlərin əlaqə nömrəsinə SMS göndərilib.
Xəbəri paylaş