Məhərrəm Quliyevin rəhbərliyi ilə Aparat iclası keçirilib - Fotolar
Goranboy rayon İcra Hakimiyyətində Aparat iclası keçirildi.
Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətində, İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə mövcud qanunvericiliyin tələblərinə uyğun, vətəndaş müraciətlərinə baxılmasının, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, Şəhid ailələri və Qazilərlə yerlərdə keçirilən görüşlərin davam etdirilməsi, Səyyar qəbullarda edilən müraciətlərin təhlili və yerində araşdırılması, DNİS üzrə tapşırıqlarin icra vəziyyəti, əkin sahələrinin suvarma suyu ilə təminatı məqsədi ilə RİH yanında yaradılmış mobil qrupların fəaliyyəti, əsas turizm marşurutları üzrə yolkənarı ərazilərdə abadlıq işlərinin və yeni salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluğun davam etdirilməsi, inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə illik hesabat iclaslarının keçirilməsi və digər tapşırıqların icra vəziyyəti barədə Aparat iclası keçirildi.
Xəbəri paylaş