Xəbər lenti

Əli İbrahimov: Hər bir insan cəmiyyətdə öz yerini biləndə daha yaxşı olur 0

Tarix: 16-03-2023 11:23     Baxış: 19 591

Hər bir insan cəmiyyətdə öz yerini biləndə daha yaxşı olur. 

Tam səmimiyyətlə deyirəm ki, mənim üçün istər rəhbər vəzifədə, istərsədə sıravi işçi kimi peşə fəaliyyətimdə heç bir çətinliyim olmayıb. Çətinlik yaradan ancaq bəzi savadsız, özlərini hər bir varlıqdan üstün tutan, dəbdəbəli yaşayışa üstünlük verən və lovğa rəhbərlərim olub. Əsas odur ki, harada olmağından asılı olmayaraq hər bir insan çiynində gəzdirdiyi məsuliyyəti dərk etməyi bacarmalıdır. Onun işindən cəmiyyət xeyir görməlidir. İstənilən hərəkət qanunlara, sivil dövlət quruculuğuna xidmət etməlidir. Mən ulu öndər Heydər Əliyevin dövründə tələbə olmuşam, sonra da cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif işlərdə fəaliyyət göstərmişəm. Hər zaman onu gözləmişəm ki, Dövlət xidmətində mənim timsalımda heç bir tanıdığım və bildiyim insanlar  rəhbərimdən narazı qalmasın. Özümdən daha çox təmsil olunduğum Dövlət xidmətinin, dövlətin və xalqımızın nüfuzunu fikirləşmişəm. Heç vaxt mənfi obrazda nümunə olmamışam. Heç bir iş mənə çətin olmayıb. Lakin son zaman əfsuslar olsun ki, bəzi məmurlar vəzifəyə təyin edilən kimi rəhbərlik etdiyi quruma, ilk növbədə, öz adamlarını gətirir. 

Bu reallıqdır. Əgər məmurun savadı, Vətənə, millətə, dövlətə sevgisi varsa, neqativ halların heç biri onda olmayacaq. Mənim baxışıma görə, vətənpərvər ilk növbədə o insandır ki, cəmiyyətdə harada və hansı sahədə çalışmasından asılı olmayaraq vəzifəsini layiqincə yerinə yetirir. Hesab edirəm ki, məmur heç vaxt şəxsi hisslərlə rəhbərlik etməməlidir. Şəxsi hisslər aldadıcıdır. Çünki şəxsi hisslər gündə bir neçə dəfə dəyişə bilər. Məmur qanunlara, Konstitusiyaya riayət etməli və təmsil etdiyi komandanın mənəvi prinsiplərinə əsaslanmalıdır. 18 il dövlətə sədaqətlə çalışan savadlı insanları kənarlaşdırılır, onun yerinə işini bilməyən, bəzi hallarda kobud adamlar vəzifələrə təyin edilir. Hesab edirəm ki, güclü, savadlı rəhbər istənilən kadrla işləməyi bacarmalıdır. Heç bir halda nöqsansız işləyən, peşəkar kadrı işdən kənarlaşdırmaq və dalana atmaq olmaz. Əgər bir kadr 18 il işləyibsə, demək ki, dövlətə sədaqətlə xidmət edib. Məmur savadsız, qeyri-peşəkar olanda, rəhbərlik etdiyi sahənin işini çox aşağı səviyyədə biləndə kollektivdə özünün dominantlığını göstərmək üçün nə qədər ağıllı insanlar var onların “başını kəsir”. Nə qədər özünə münasib adam varsa, gətirib yanına yığır. Bu, ümumiyyətlə pis nümunədir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar