Goranboy rayonu Xoylu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Xoylu, Nizami və Yolqullar kəndlərindən olan seçicilərlə görüşü keçirilib - Fotolar
Goranboyluların seçimi bəllidir.
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Goranboy rayonu, Xoylu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Xoylu, Nizami və Yolqullar kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Mubarizciler.az xəbər verir ki, bu barədə YAP Goranboy rayon təşkilatının mətbuat xidməti məlumat yayıb.
Görüşü giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev müstəqil Azərbaycanın tərəqqisində Yeni Azərbaycan Partiyasının müstəsna xidmətlərindən danışıb, YAP-ın cəmiyyətdə yüksək nüfuza malik olduğunu və qələbələr partiyası kimi tanındığını söyləyib. C.Mustafayev bələdiyyə seçkilərinin xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacağını bildirib.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri - şəhid Orxan Namazovun anası Nailə Məmmədova və Kəmalə İsmayılova YAP-ın seçki proqramında nəzərdə tutulan hədəflərin gerçəkləşdirilməsinin bələdiyyələrin fəaliyyətini təkmilləşdirəcəyini qeyd edərək seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.
Seçicilər Sərvan Bayramov, Xəyal Şadmanov və digərləri seçkilərdə fəallıq göstərərək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
Qeyd edək ki, görüşdən sonra YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev və təşviqat qrupunun üzvləri Goranboy rayonunun Yolqullar kənd sakinləri ilə fərdi görüşlər də keçiriblər.
Xəbəri paylaş