Elçin Kərimov "Məktəblinin dostu" layihəsinin əməkdaşları ilə görüşüb - Fotolar
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov "Məktəblinin dostu" layihəsinin əməkdaşları ilə görüşüb.
Mubarozciler.az xəbər verir ki, idarə müdiri Elçin Kərimov çıxış edərək "Məktəblinin dostu” layihəsinin əhəmiyyətindən, eləcə də təhsilin idarəedilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.
“Məktəblinin dostu” layihəsinin əməkdaşları layihə ilə əlaqədar görülmüş işlər barədə məlumat verib, rəy və təkliflər səsləndirərək, icra edilmiş təşəbbüslərə dair müzakirələr aparılıb.
Qeyd edək ki, “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.
Layihə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli, C.Cabbarlı adına 6 nömrəli, N.Gəncəvi adına 11 nömrəli, N.Aydın adına 18 nömrəli, M.C.Paşayev adına 39 nömrəli tam orta məktəblərdə və İ.Nəsimi adına 44 nömrəli məktəb-liseydə icra edilir.
Xəbəri paylaş