Goranboy rayonu Veyisli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib - Fotolar
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Goranboy rayonu, Veyisli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Mubarizciler.az xəbər verir ki, görüşdə YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev çıxış edərək bildirib ki, YAP ötən dövrün təcrübəsini nəzərə almaqla yeni dönəmin çağırışlarını rəhbər tutaraq məqsədyönlü fəaliyyət həyata keçirir: “Şübhəsiz, YAP xalqın dəstəyi ilə yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində də qələbə qazanacaq”.
Təşviqat qrupunun üzvləri – Rəddin Məmmədov və Əzra Həşimova isə YAP-ın seçki proqramında nəzərdə tutulan vəzifələrin yerli özünüidarəetmənin işini daha da gücləndirəcəyini qeyd ediblər.
Çıxış edən bələdiyyə üzvlüyünə namizəd Nairə Həsənova göstərilən etimada görə YAP-ın rəhbərliyinə minnətdarlığını bildirib və seçiləcəyi təqdirdə etimadı doğruldacağını əminliklə dilə gətirib.
Seçicilər Namiq Kərimov, Ellada Əliyeva və digərləri daim xalqın mənafeyindən çıxış edən YAP-ın irəli sürdüyü namizədlərə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, görüşdən sonra YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev və təşviqat qrupunun üzvləri rayonun Rəhimli kənd seçiciləri ilə fərdi görüşlər keçiriblər.
Xəbəri paylaş