Goranboy rayonu Qaradağlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Qaradağlı və Şadılı kəndlərindən olan seçicilərlə görüşü keçirilib - Fotolar
Uğurlarla zəngin və şərəfli yol.
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Goranboy rayonu, Qaradağlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Qaradağlı və Şadılı kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Mubarizciler.az xəbər verir ki, YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev siyasi partiyaların əsas məqsədinin seçkilərdə iştirak edərək xalqın dəstəyini qazanmaq olduğunu vurğulayıb. O, Yeni Azərbaycan Partiyasının xalqın etimadını qazanmağı bacardığını, bu etimadı layiqincə doğrultduğunu da əlavə edib: “Bu, partiyanın yalnız siyasi arenada deyil, həm də sosial sahədə geniş bir təsirə malik olduğunu göstərir”.
Tədbirdə çıxış edən qərargah üzvü Gündüz Hacıyev, təşviqat qrupunun üzvləri Nürəddin Həsənov və Rəşad Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın zirvələr fəth etdiyini vurğulayaraq seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Bələdiyyə üzvlüyünə namizəd Ülkər Hümbətova göstərilən etimadı doğruldacağını bildirib.
Seçicilərdən Tağı Tağıyev və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasına dəstəklərini ifadə ediblər.
Qeyd edək ki, təşkilatın sədr müavini Cavid Mustafayev və təşviqat qrupunun üzvləri Goranboy rayonunun Şadılı kəndində seçicilərlə fərdi görüş də keçiriblər.
Xəbəri paylaş