Xəbər lenti

Goranboyda Gücümüz birliyimizdədir adlı tədbir keçirilib - Fotolar

Tarix: 08-01-2025 01:06     Baxış: 462

Gücümüz birliyimizdədir!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Goranboy rayonu, Goranboy bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Mubarizciler.az xəbər verir ki, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O bildirib ki, bələdiyyələr vətəndaşların mənafeyi naminə yerli əhəmiyyətli məsələlərin həllində fəal iştirak edirlər.

Seçki qərargahının üzvü Gündüz Hacıyev, təşviqat qrupunun üzvləri Əzra Həşimova və Səyad Quliyev ötən müddət ərzində partiya üzvlərinin təmsil olunduqları müxtəlif bələdiyyələrin gördüyü işlərdən danışıblar. Onlar yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin YAP-ın növbəti mühüm siyasi nailiyyəti kimi tarixə düşəcəyini əminliklə söyləyiblər. “Qalib xalqın Zəfər partiyası xalqın dəstəyi ilə yeni uğurlara imza atacaq. Gücümüz birliyimizdədir", - deyə vurğulanıb.

Seçicilər isə YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar