Fuad Zamanov: Gəncliyin sağlam ruhlu, savadlı, yüksək tərbiyəyə malik olması çox önəmlidir 0
Gəncliyin sağlam ruhlu, savadlı, yüksək tərbiyəyə malik olması çox önəmlidir.
Gənclik hər bir dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən böyük qüvvədir. Dövlətin mövcudluğunun təməl prinsiplərindən biri də məhz sağlam gənclikdir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, gələcəyin təminatı intellektual gənclərin yetişdirilməsindən asılıdır. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək tərbiyəyə malik olması çox önəmlidir. Hər bir xalqın gəncləri onun həm bu günü, həm də sabaha ümididir.
Müstəqilliyin, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Ölkəmizdə gənclərlə bağlı görülən işlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Aparılan məqsədyönlü siyasətin nəticəsində respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclər formalaşıb.
Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu.
Ulu Öndər çıxışlarında deyirdi ki, gənclərimizin ən mühüm vəzifələrindən biri də ordu sıralarında qulluq etməkdir. Bu gün gənclərimizin böyük bir qismi hazırda Silahlı Qüvvələrimizin sıralarında Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirməkdədir. Vətən müharibəsi və ona qədərki döyüşlərdə Ali Baş Komandanımız, Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə güclü Azərbaycan Ordusunun əsgər və zabitləri işğal altında olan torpaqlarımızı azad etdilər. Bu yolda son damla qanına kimi vuruşaraq şəhidliyə yüksəldilər. Bu bir daha sübut etdi ki, gənclərimizin vətənpərvərlik duyğuları yüksəkdir və bu gün bütün Azərbaycan xalqı, o cümlədən gənclər Ali Baş Komandanımızın çağırışına hər zaman hazırdır və istənilən vaxt Vətənin müdafiəsinə qalxa biləcək qətiyyətdədirlər.
Fuad Zamanov,
Yeni Azərbaycan Partiyası
Goranboy rayon təşkilatı fəalı.
Xəbəri paylaş