Məktəbli formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyin təlimatıdır 0
Məktəbli formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyin təlimatıdır.
“ Nazirlər kabinetinin müvafiq qərarına əsasən, 2023-2024-cü tədris ilindən başlayaraq məktəblərdə vahid məktəbli forması tətbiq ediləcək . Bu qərara əsasən Gəncə -Daşkəsən regional təhsil idarəsi Goranboy- Naftalan rayonları üzrə təhsil sektorunun fəaliyyət göstərən Ziyad Məsimov adına Düzqışlaq kənd tam orta məktəbin pedoqoji şurasında məktəbli forması ilə bağlı valideyin və müəllimlərin iştirakı ilə müvafiq qərar qəbul edilmişdir.Belə ki, təqdim olunan 4 geyim formasından vahid bir forma seçilərək, valideyin və müəllimlərə təqdim edilmişdir. Bununla bağlı məktəbin sinif kompleksləri üzrə mütamadi olaraq valideyin iclasları keçirilmiş, marifləndirmə işləri görülmüş və onları maraqlandıran suallara cavab verilmişdir. Bir təhsil işçisi və rəhbər olaraq qeyd edim ki, vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyi təmin edir, buda tədrisin keyfiyətinə və onların psixologiyasına müsbət təsir etməklə yanaşı səliqəli nizam intizamlı görünüşü təmin edir .Bu da cəmiyyət içərisində müsbət qarşılanır. Məktəbə və təhsilə marağın artmasına müsbət təsir göstərir . Apardığımız müşahidələr onu göstərir ki, valideyin və şagirdlər vahid məktəbli formasını müsbət qarşılayır və məktəbli formasının alınmasında maraqlıdırlar. Çünkü bu formanı üzərində daşıyan hər bir şagird onun verəcəyi stimuldan daha da ruhlanacaqdır. Satış məntəqələri rayon və şəhərlər üzrə mövcuddur Və valideynlər övladları üçün həmin formaları istənlən satış məntəqələridən almaqda tam sərbəstdirlər.”
Bu sözləri məktəbin direktoru Elmin Zeynalov demişdir.
Xəbəri paylaş