Xəbər lenti
Dünən, 15:45
 

İntihara cəhd edən qazi ilə bağlı - Rəsmi açıqlama 0

Tarix: 23-08-2023 20:00     Baxış: 1 610

Qazi Bəhram Nuruyev yenidən intihara cəhd edib. 

Mubarizciler.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verilib: “Qaziyə aldığı xəsarətlərlə bağlı ilk olaraq Kliniki Tibbi Mərkəzdə zəruri tibbi xidmət göstərilib. Psikosomatik yardım üçün isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

Bəhram Nuruyev özü də Respublika Psixiatriya Xəstəxanasından foto paylaşıb. 

Xatırladaq ki, B.Nuriyev daha əvvəl də intihara cəhd edib. O, feysbuk səhifəsində açdığı canlı yayında damarlarını kəsmişdi. Səbəb kimi isə səhhətində yaranan problemlə bağlı aidiyyəti qurumların doğru rəy vermədiyini, psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərarın ədalətsizlik olduğunu bildirmişdi.

 








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar