Valideynlərə formanı istənilən satış məntəqəsindən almaları tövsiyyə edilib 0
Bildiyimiz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən 2022/2023-cü tədris ilindən etibarən geyim formaları tətbiq edilə bilər.
Rəhbərlik etdiyim Samux rayon Qarayeri qəsəbə 2 nömrəli tam tam orta məktəbin Pedoqoji Şurasının qərarı ilə 2023/2024-cü tədris ilindən etibarən vahid məktəbli forması tətbiq ediləcək. Bununla bağlı məktəbimizin müəllimləri və valideynləri maarifləndirilib. Mütəmadi olaraq valideynlərə məktəbli formasının tətbiq edilməsinin üstün cəhətləri aşılanır. Bununla bağlı məktəbin müxtəlif siniflərinin votsap qruplarında valideynlərə satış məntəqələri, formaların qiyməti, forma tətbiqi ilə şagirdlərdə məsuliyyət hissinin artacağı və.s barədə məlumat verilir.
Sinif rəhbərləri gündəlik olaraq valideynlərlə əlaqə saxlayaraq forma alınması ilə bağlı durumu dəqiqləşdirirlər. Valideynlərə qiymətlərin münasib olduğunu, digər paltarlara xərclənəcək xərcdən çox da fərqlənmədiyi bildirilir.
Forma alınması ilə bağlı tərəddüd edən valideynlərə Baş nazir Əli Əsədovun 17 mart 2022-ci il 96№-li qərarının 3-cü bəndi izah edilir. Belə ki, həmin bənddə göstərilən hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər sözləri, valideynlərə həmin geyim formaları növbəti 2023/2024-cü tədris ilində istifadə edilə bilməz kimi izah edilir.
Məktəbimizin yerləşdiyi ərazidə məktəbli forması satan mağaza var. Valideynlərə formanı istənilən satış məntəqəsindən almaları tövsiyyə edilib. Hazırda şagird kontingentimizin 40%-ə qədəri arıq forma alıb. Tədris ili başlayana kimi məktəb üzrə forma alanlarının sayının 90%-dən artıq olacağını proqnozlaşdırırıq.
Xəbəri paylaş