Xəbər lenti
Dünən, 15:45
 

Valideynlər məktəbli formasını istənilən satış məntəqəsindən əldə edə bilərlər 0

Tarix: 17-08-2023 17:51     Baxış: 14 000

Hörmətli valideynlər,

Bildiyiniz kimi 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.  Bununla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə tabe olan ümumi təhsil müəssisələrinin Pedaqoji Şurası müvafiq qərarda əks olunan məktəbli forması nümunələrindən birini seçib və həmin geyim ən azı 3 tədris ili dəyişilməz qalacaqdır. Hər bir valideyn (qanuni nümayəndə) övladının təhsil aldığı məktəbdən geyim forması ilə bağlı ətraflı məlumat əldə edə bilər.

Qeyd edək ki, eyni görünüşə malik məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir. Vahid geyim fo rması şagirdlərə məsuliyyət hissi aşılayır və məktəbin özünəxas təhsil mühitini formalaşdırır.

Dərs ilinin başlanmasına 1 aydan da qısa müddət qalıb. Sıxlıq yaşanmaması üçün valideynlərə məktəbli formasını indidən almağı tövsiyə edirik.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin  İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi  Raminə Məmmədova.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar