Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Mədəniyyət naziri iclas keçirdi - Fotolar 0

Tarix: 12-08-2023 15:28     Baxış: 1 694

Mədəniyyət Nazirliyində nazirlik yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə iclas keçirilib.

Mubarizciler.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli çıxış edərək İctimai Şuraya seçkilərdən sonra üzvlərlə ilk toplantının təşkil olunduğunu bildirib, onlara təbriklərini çatdırıb, fəaliyyətlərində uğurlar arzulayıb.

Müasir çağırışlar kontekstində nazirliyin fəaliyyəti haqqında danışan Adil Kərimli mədəniyyətin müxtəlif sahələrinin mövcud vəziyyəti barədə fikirlərini bölüşüb. İctimai Şuranın öz fəaliyyətini nazirliyin hədəflərinə adekvat şəkildə quracağına, prosesə öz töhfəsini verəcəyinə inam ifadə olunub.

İctimai Şuranın üzvləri mədəniyyət sahəsinin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər.

Görüş müvafiq sahələr üzrə fikir mübadiləsi ilə davam edib.

Qeyd edək ki, bu ilin iyul ayında Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib, Şuranın 9 nəfərdən ibarət heyəti formalaşıb.


















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar