Xəbər lenti
18-11-2024, 12:06
 

Rasim Balayevin doğum günüdür 0

Tarix: 08-08-2023 12:01     Baxış: 1 407


Bu gün Azərbaycan SSR Xalq artisti, aktyor Rasim Balayevin doğum günüdür.

Mubarizciler.az xatırladır ki, Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub.

1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb.

“Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb.

Böyük və çətin rollardan əlavə, Rasim Balayev kiçik rollar da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün, gecəyarısı” kimi filmlərdə o, epizodik rollar oynayıb. “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilib.

1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.

1976-cı ildə “Azərbaycan SSR Əməkdar artisti”, 1982-ci ildə “Azərbaycan SSR Xalq artisti” fəxri adına layiq görülüb. 1986-cı ildə ona Azərbaycan SSR Dövlət mükafatı (“Atları yəhərləyin” bədii filmində “Səlim bəy” roluna görə) təqdim olunub. 1988-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunub. 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar