Xəbər lenti
25-07-2026, 19:27
 

Müxtəlif nailiyyətlərlə başa vuran məzunlarla görüş keçirilib - FOTO 0

Tarix: 02-08-2023 13:32     Baxış: 3 661

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərini müxtəlif nailiyyətlərlə başa vuran məzunlarla görüş keçirilib. 

Mubarizciler.az-ın məlumatına görə, Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Mərkəzi klinikanın ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, təcrübəli ürək-damar cərrahı həkim Vüqar Qapaqov, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində əməliyyatlar üzrə baş menecer Tural Abbasov və məzunlar iştirak ediblər. 

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə məzunlarla uğurlu kariyera mövzusunda söhbət aparılıb. Şagirdlərin nailiyyətlərini ilə bağlı sorğu keçirilib, təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb. 

Sonda xatirə şəkili çəkilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar