Xəbər lenti
25-07-2026, 19:27
 

Əsgər Qurbanov Səid Ömər oğlu dəfn edildi - FOTO 0

Tarix: 02-08-2023 10:52     Baxış: 5 488

Tovuzda əsgər Qurbanov Səid Ömər oğlu dəfn edilib


Mubarizciler.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Səid Ömər oğlu Tovuz rayonunda dəfn olunub.

Doğulub boya-başa çatdığı Dondar Quşçu kəndinin qəbristanlığında torpağa tapşırılan Səid Qurbanovun ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Hərbiçimiz ilə vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinlərin iştirak ediblər.

Dəfn mərasimin sonunda üçrəngli  Azərbaycan bayrağı Səid Qurbanovun atası Ömər Qurbanova təqdim olunub.

Allah rəhmət eləsin!




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar