Xəbər lenti

Ölkə üzrə bütün mədəniyyət müəssisələrinin monitorinqi aparılır 0

Tarix: 01-08-2023 15:41     Baxış: 2 205

Ölkə üzrə bütün mədəniyyət müəssisələrinin monitorinqi aparılır 

Mubarizciler.az xəbər verir ki, Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə başlanılıb.

Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin yenidən təşkil edilməsinin ardınca, ölkə ərazisindəki mədəniyyət müəssisələrinin mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, qəzalı, yararsız və fəaliyyətsiz müəssisələrin müəyyən edilməsi, bu istiqamətdə məlumatların sistemləşdirilməsi məqsədilə səyyar monitorinq qrupları təşkil edilib və bölgələrə ezam olunub. 

Monitorinq prosesi ölkənin bütün ərazisi üzrə 64 rayonu əhatə etməklə 4500-ə yaxın müəssisədə aparılır. 

Monitorinqin nəticələrinə uyğun olaraq, xüsusilə respublikanın rayon və kəndlərində illər ərzində baxımsız vəziyyətdə, fəaliyyətsiz qalmış, təyinatı üzrə istifadə edilməyən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və bu sahədə səmərəliliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar