Xəbər lenti
18-11-2024, 12:06
 

Anar Məmmədov: Dövlətimizin nüfuzu artdıqca dilimizin mövqeyi də güclənir 0

Tarix: 01-08-2023 15:11     Baxış: 3 129


Ana dili millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə, ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Əlbəttə ki, heç bir dil dövlət qayğısı olmadan inkişaf edə bilməz. XX əsrin acı həqiqətləri göstərdi ki, sovetlər imperiyasının ucqarlarında xalqların ana dilini və milli-mənəvi dəyərlərini məhv etmək məqsədi qarşıya qoyulmuşdu. Azərbaycanda da bu xain, mənfur siyasətin nəticəsində ana dilimizin unutdurulması məqsədilə "xüsusi" plan həyata keçirilib. Amma bu plan baş tutmadı. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikamızda milli dilimizə olan münasibət də kökündən dəyişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. 1930-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, ötən əsrin 70-ci illərinin əvvəllərində Ulu Öndər Heydər Əliyev respublikamızda milli dilimizə olan münasibəti kökündən dəyişməyi bacardı.

Bu fikirləri Mubarizciler.az-a  açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin təklifi ilə 1978-ci ildə konstitusiyamızın 73-cü maddəsində dəyişiklik edilməsi və Azərbaycan dilinin dövlət dili elan edilməsi ilə müstəqil dövlətçiliyin milli rəmzlərindən biri reallaşmış oldu.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” konsepsiyasını həyata keçirən Ulu Öndər istər 1970-1980-ci illərdə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ana dilinin hüquqi statuslarının qorunmasını qətiyyətlə həyata keçirdi. Aparılan siyasət nəticəsində dil dövlətçiliyin əsas atributlarından hesab olundu. Azərbaycan siyasi müstəqillik qazandıqdan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına - Azərbaycan dövlətinin Əsas Qanununa dövlət dili haqqında ayrıca maddənin daxil edilməsi dövlət rəhbərinin ana dilinin inkişafı ilə bağlı apardığı çoxillik mübarizənin məntiqi nəticəsi idi.

Ulu Öndər fəaliyyəti dövründə Azərbaycan dilinə mənəvi varlıq kimi yanaşaraq bu dilin adının dəyişdirilməsinin yolverilməz olduğunu xarakterizə edib: “Bizim də öz qədim torpağımız, o taylı, bu taylı 40 milyondan çox millətimiz, məhz özümüzə mənsub adət-ənənəmiz, tariximiz, ədəbiyyatımız, dünyanın ən zəngin dillərinə meydan oxuya bilən öz heyrətamiz, əvəzsiz qədim Azərbaycan dilimiz var”. Ana dilimizi ən böyük mənəvi sərvətimiz adlandıran Ümummilli Lider dilimizi bütün yasaqlardan, hər cür təhlükələrdən qorumağın vacibliyini qeyd edib. Azərbaycan dilinin saflığının qorunması, tətbiqi sahəsinin genişləndirilməsi istiqamətində dahi rəhbərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə A.Məmmədov vurğulayıb.

Deputat qeyd edib ki, Dövlət Dil Komissiyasına dövlətimizin başçısının rəhbərlik etməsi dilimizə dövlət səviyyəsində diqqət və qayğının əsas göstəricilərindəndir. Azərbaycan liderinin dilimizin saflığının qorunmasına, inkişaf etdirilməsinə və təbliğ olunmasına yönələn dil siyasəti, bu istiqamətdə apardığı genişmiqyaslı islahatlar, qəbul etdiyi fərman və sərəncamlar öz müsbət nəticəsini verir. Hər bir azərbaycanlı, xüsusilə gənclər bundan sonra da bu məsələdə vətəndaşlıq borcunu yerinə yetirməli, ana dilimizə qayğı göstərməli, onun qorunması və inkişafı üçün bütün səylərimizi birləşdirməliyik.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar