Xəbər lenti

Xalq rəssamı Fazil Nəcəfov dəfn edildi - FOTO 0

Tarix: 12-07-2023 18:12     Baxış: 2 674

Xalq rəssamı Fazil Nəcəfov vəfat edib.

Mubarizciler.az  xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Sənətkar iyulun 11-də 88 yaşında dünyasını dəyişib.

Nazirliyin yaydığı nekroloqda qeyd olunur ki, Fazil İmamverdi oğlu Nəcəfov 16 fevral 1935-ci ildə Bakı şəhərində anadan olub. Bir çox əsərlərin, o cümlədən 2014-cü ildə Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsinin müəllifidir.

F. Nəcəfov 7 may 1988-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Rəssam 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

***

16:43

Xalq rəssamı Fazil Nəcəfov dəfn olunub.

O, Buzovna qəbiristanlığında torpağa tapşırılıb. 














Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar