Xəbər lenti
Dünyada elə bir insan tapmaq olmaz ki, onun həyatında hansısa müəllimin və ya müəllimlərin rolu olmasın
Tarix: 28-01-2023 14:41
Baxış: 1 774
Dünyada elə bir insan tapmaq olmaz ki, onun həyatında hansısa müəllimin və ya müəllimlərin rolu olmasın. Həyat yolumuzu müəyyənləşdirməkdə, peşə və ixtisas seçimimizdə, yurd və millət sevgimizdə, dostumuzu və düşmənimizi tanımağımızda, dünya və insanlıq haqqında təməl düşüncələrimizin formalaşmasında müəllimlərimizin əməyi və qatqısı danılmazdır.
Əlbəttə, hər birimizin ətrafında özünə və sözünə, əməlinə və toplumdakı dürüst mövqeyinə böyük dəyər verdiyimiz, üstün özəllikləri ilə başqalarına da örnək ola bilən müəllimlərimiz az deyil.
Dahi bəstəkarımız Üzeyir Hacıbəyli demişdir: “Müəllimlik vəzifəsi çox çətin və məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır”. Mən də məhz öz peşəsində hər cür xətadan uzaq olan müəllimlərdən biri və mənim seçimimə görə birincilərdən olan Hicran Xanım Əhməd haqqında yazmağı qərara aldım. Haqqında yazdığım ziyalımızın necə zəngin bir həyat yolu keçdiyi onu tanımayan oxucularımıza da aydın olsun deyə Hicran Əhməd keçdiyi həyat yoluna qısaca nəzər salaq;
1990-cı ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib , təyinatla Ağdaş rayonunun Pirəzə kəndində 3 il işlədikdən sonra Goranboy şəhər 1 nömrəli məktəbdə 27 il müəllim işləmiş , Goranboy İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin dəfələrlə Fəxri Fərmanını almış , Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Fəxri Fərmanı ilə təltif edilmişdi .
Şağirdləri respublikanın bütün ali təhsil müəssisələrində təhsil alır . Qəbul imtahanında şağirdləri ən yüksək nəticələr əldə ediblər . Bir ildə 3 şağirdi qəbul imtahanında fransız dilindən bütün sualları 100% düz yazıblar .
3 saylı Goranboy-Naftalan seçki məntəqəsinin sədri işləyir . 2017-ci ildə Goranboy Təhsil İdarəsində işləyir .
Bu gün təhsildə demokratikləşmənin, humanistləşmənin, aşkarlığın, şəffaflığın, sağlam pedaqoji təfəkkürün, mənəvi düşüncənin, tabeçilikdə olanlara diqqət və qayğının, müəllimə, onun nüfuzuna yanaşma tərzinin incəliklərini mənimsəmək üçün Hicran müəllimin həyat yoluna, nəzəri irsinə dönə-dönə nəzər salmağımıza böyük ehtiyac duyulur.
Sözümü türk dünyasının böyük şairi Xəlil Rza Ulutürkün bir alqışı ilə bitirmək istəyirəm:
-Sizin kimi ziyalılarımızın sayı çox olsun, Hicran Xanım, lap çox!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Bölgə
Fotosesiya
Çox oxunanlar
05-10-2023 19:56
29-07-2023 21:47
24-10-2023 20:57